YERLƏŞMƏ

Bakının tarixi mərkəzindən 4 km məsafədə və Bakı Ağ Şəhərdəki Mərkəzi Biznes Rayonu ilə qonşuluqda, dəniz səviyyəsindən 25m artıq hündürlükdə Babək rayonu yerləşmişdir. Bu, şəhər mərkəzində olan və fransız üslubunda işlənmiş yaşayış kvartallardan ibarət yaşamaq üçün ideal olan bir sakit rayondur. Binalarının hündürlüyü orta və tikili sıxlığı aşağı olan bu rayonun yaxınlığında, Babək prospektində, yeni metro stansiyası planlaşdırılıb. Versal Palace yaşayış kompleksinin Mərkəzi Park küçəsində münasib yerləşməsi Babək və Nobel prospektlərinə rahat keçidi təmin edəcək və eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdıracaqdır. Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri Versal Palace yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.